Ermənistanın adı çəkilməyən əyalətində 26 yaşlı Vardan Şahnəzəriyan odlu silahdan aldığı xəsarətlə xəstəxanaya çatdırılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, polisin əldə etdiyi məlumata görə, həmin gənc özü özünə ov tüfəngindən atəş açıb.

Hərbi qulluqçu olan yaralı hazırda həkimlərin nəzarətindədir.