Simvol foto © Denise Husted / pixabay.com
Simvol foto © Denise Husted / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com Almaniya 1562 nəfər qaçqın və miqrant ailəsinə viza verib. AzEuroNews.com xəbər verir ki, bu proses Almaniyada olan qaçqın və miqrantların “Ailə birləşməsi” prosesuduru çərçivəsində həyata keçirilib.

Avqust ayından yeni qanunun tətbiq edildiyi gündən noyabr ayına kimi 1562 qaçqın və miqrant ailəsi Almaniya vizasını alıb. Onlardan təkcə 786 nəfərə noyabr ayının əvvəlində viza verilib.

Almaniya Xarici İşlər Nazirliyinin mətbut xidmətindən verilən məlumata görə, nazirlik “Ailə birləşməsi” proseduru ilə bağlı hər ay 1000 nəfərlik kvotanı həyata keçirir.

“Ailə birləşməsi” proseduru ilə bağlı ən çox viza alanlar isə, Suriyadan olan qaçqınların yaxınlarıdır.

Nazirlikdən bildirilib ki, hər ay üçün nəzərdə tutulan 1000 nəfərlik kvota tam həyata keçirilməsə proses yeni ilə transfer edilə bilər. Belə olan halda 2019-cu ildə daha çox qaçqın və miqrant yaxınının Almaniyaya gəlməsi proqnozlaşdırılır.