Türkiyə 2-3 gün ərzində Suriyanın şimalında, Menbiç bölgəsində PKK-nın Suriya qanadı və PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlayacaq.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Suriyadakı terrorçuların arasında amerikalı əsgərlər də var: “ABŞ Türkiyəyə PKK-nın Suriya qanadı və PYD/YPG-ni dəstəkləməyəcəyinə söz versə də, rəsmi Vaşinqton vədinə xilaf çıxdı”.