Simvol foto © Nitish Meena / unsplash.com
Simvol foto © Nitish Meena / unsplash.com

Fərhad Çağtürk / AzEuroNews.com   Miqrasiya ilə bağlı aparılan bir araşdırma prezident Donald Trumpun qaçqın əleyhinə apardığı siyasətə rəğmən qaçqın və miqrantların ən çox bu ölkədə yaşamaq istədiyini ortaya çıxarıb. AzEuroNews.com xəbər verir ki, 158 milyon insan Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşamaq istədiklərini bildiriblər.

47 milyon qaçqın və miqrant Kanadada, 42 milyon isə Almaniyada yaşamaq istədiklərini deyiblər. Sorğuda iştirak edənlərdən 6 milyon insan isə, Türkiyədə yaşamaq istəyiblər.

Araşdırmalar nəticəsində məlum olub ki,  Domnikan Respublikası əhalisinin yarısı ölkəni tərk etmək istəyir.