Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

 

Fərhad Çağtürk / AzEuroNews.com  Ötən ay Almaniyada sığınacaq istəyənlərin sayı məlum olub. AzEuroNews.com xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) yaydığı statistikaya görə, noyabr ayında 18 644 nəfər sığınacaq üçün ərizə verib. Onlardan yalnız 14 130-u BAMF tərəfindən qeydə alınıb.

Ərizəsi qeydə alınanların sırasında yenə birinci yeri Suriya vətəndaşları tutub – 3114. Onları 1409 nəfərlə İraq, 1395 nəfərlə İran, 928 nəfərlə Əfqanıstan, 922 nəfərlə Türkiyə vətəndaşları izləyib.

Ümumilikdə 2018-ci ilin yanvar-noyabr aylarında Almaniyada sığınacaq axtaran 174 040 nəfər ərizə ilə müraciət edib. Bir əvvəlki ilin eyni dövrünə görə (207 157 nəfər) bu yüzdə 16 % azalma deməkdir. Eyni dövrdə federal ofisə 204 408 nəfər müraciət edib ki, ötən ilin eyni dövründəkindən 374 587 az (- 64,7 %) müraciət edib.

Sentyabr 2018 Oktyabr 2018 Noyabr 2018
Qeydə alınan ərizələr (Ümumi) 12.976 14.824 14.130
1. Suriya 2.844 3.333 3.114
2. İraq 1.180 1.316 1.409
3. İran 1.219 1.488 1.395
4. Əfqanıstan 838 993 928
5. Türkiyə 1.093 1.206 922
6. Nigeriya 670 794 709
7. Naməlum 380 352 390
8. Rusiya 477 395 377
9. Somali 342 401 336
10. Pakistan 260 307 329