Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar partiyasının lideri Tereza Meyə etimad səsverməsi keçirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı (“Brexit”) etimad məsələsinə dair səsvermədə Tereza Meyin Baş nazir postunda qalacağı dəqiqləşib. Tereza Meyin lehinə 200, əleyhinə isə 117 nəfər səs verib.

Beləliklə, Tereza Mey etimad səsverməsində qalib gələrək, Baş nazir vəzifəsinin icrasını davam etdirmək hüququ qazanıb.

Tereza Mey Britaniyanın Avropa İttifaqında çıxmasına tərəfdardır. O, uzun müddətdir bununla bağlı danışıqlar aparır.

Böyük Britaniyanın Aropa İttifaqını 2019-cu il martında tərk edəcəyi gözlənilir.