Müğənni Nadir Qafarzadənin evindən pul oğurlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi “5-də 5” proqramına qonaq olarkən danışıb.

O, bir müddət bundan əvvəl mənzilindən 100 min manata yaxın pul oğurladığını qeyd edib:

“Xeyli sayda pulumu oğurladılar. Evə kamera qoymamışam. Mən öncə bir xanımdan şübhələnmişdim. Sonra  bildim ki, o deyil. Zəng vurub üzr istədim,Gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm.

100 min manata yaxın pulumu oğurladılar. Həyat yoldaşım mənə çox dəstək oldu, gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi”