Müğənni Azəri Günel Zeynalova sosial şəbəkədə paylaşdığı fotoları ilə izləyicilərini təəccübləndirib. 

Axşam.az-ın məlumatına görə, sənətçinin üzündəki dəyişikliklər izləyicilərin diqqətindən qaçmayıb. Belə ki, Günelin dodaqlarını daha da böyütdüyü, üzünə isə dolğu etdirdiyi yazılıb.

Sənətçi eyni zamanda saçlarında da dəyişiklik etdirib və kəkil kəsdirib. Günel yazılan tənqidlərin qarşısını almaq üçün paylaşımında şərh bölməsini bağlayıb.