Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbçiləri ildırım vurub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normal olaraq qiymətləndirilir.

Digər təfərrüatlar barədə məlumat verilməyib.