Viktoriya Bekhem 19 ildir evli olduğu futbolçu Devid Bekhemə olan sevgisinin simvolu olan kürəyindəki döyməni sildirib.

“Ölkə.Az” xəbər verir ki, son günlərdə cütlüyün boşanacağı barədə iddialar mətbuata düşüb.

Cütlük dünən axşam bir tədbirdə iştirak edib. Viktoriya kürəyi açıq paltarda olub. Onun kürəyində döymənin silinməsi jurnalistləri çaşqınlığa salıb.

Xanım Bekhemin kürəyində “Mən sevgilimə aidəm, sevgilim də mənə” yazısı olan döymə var idi. Döymənin silinməsi iddiaları gücləndirib.