Qadınlarda üzə çıxan xərçəng növlərinin bir sıra simptomları əvvəlcədən xəstəlik barədə xəbərdarlıq edir. Amma elə anormal simptomlar da var ki, bunlar üzə çıxanda qadınlar mütləq həkimə müraciət etməlidirlər.

“Ölkə.Az” qadın xərçəng xəstəliklərinin ən vaxib 5 şikayətini oxucularına təqdim edir.


Qəfil arıqlama

Orqanizmin müəyyən bir balansı var. Qəflətən yaşanan və normal qəbul edilməyən dəyişikliklər nəzərə alınmalıdır. Bu dəyişiklərin əsası isə qəflətən arıqlamadır. Bunun bir çox səbəb olsa da, xüsusən mədə, ağ ciyər vəs. xərçəng növlərinin simptomları ola bilər.


Udqunmada çətinlik çəkmək

Bəzi dövrlərdə udqunmada çətinlik çəkirsinizsə, təlaşlanmayın, bu normaldır. Amma bu vəziyyət daim təkrarlanırsa, yemək yeyəndə, su içəndə çətinlik çəkirsiniz və bu şikayətlər qusmaq və arıqlamaqla müşayət olunursa, dərhal həkimə gedin. Çünki bu, qida borusu, mədə və boğaz xərçənginin simptomu ola bilər.


Aybaşıdan başqa dövrlərdə qanaxma

Aybaşıdan sonra baş verən qanaxmalar normal deyil və nəzərə alınmalıdır. Bundan başqa aybaşı dövrü çox ağrıləı keçirsə və şiddətli qanaxmalar varsa, qadın həkimə müraciət etməlidir. Çünki bu tip şikayətlər kolorektal, uşaqlıq yolu və endometrial xərçəngə işarə edir.


Sinədəki dəyşikliklər

Qadınlarda ən çox döş xərçəngi üzə çıxır. Bu xəstəliyin müalicəsində əsas məqamlardan biri vaxtında diaqnozun qoyulmasıdır. Əgər qadının sinəsində əvvəl olmayan qızartı, şiş, rəng dəyişikliyi varsa, həkimə müraciət edin. Bundan başqa qızartı və sinədən axıntı da xəstəliyin əlamətlərindəndir.


Normal olmayan şiş

Bir çox qadının ortaq problemi şişkinlik müəyyən şərtlərə qədər normal qəbul edilsə də, bu vəziyyətə qarın ağrısı və digər ağrılar əlavə olunsa, təhlükəli ola bilər. Xüsusən də şişkinlik bir neçə həftə davam edirsə, həkimə gedin. Çünki yumurtalıq, mədə və ya qida borusu xərçənginin əlamətləridir.

Bundan başqa:

Dəridə görünən dəyişiklik və ləkələr dəri xərçənginin;

Nəcisdə və sidikdə görünən qan böyrək xərçənginin;

Uzun müddət davam edən mədə yanğısı mədə və yumurtalıq xərçənginin;

Uzun müddət davam edən yüksək hərarət qan xərçənginin;

Uzun müddət davam edən qarın ağrısı yumurtalıq xərçənginin xəbərçisi ola bilər.