TV8-in rəhbəri, tanınmış türkiyəli jurnalist Acun İlıcalının çəkdiyi bir videoda aparıcı Bəyazit Öztürk ilə müğənni Hadisənin isti münasibəti əks olunub.

“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, videonu Acun “İnstagram”dakı hesabında paylaşıb. Hadisə ilə Bəyazitin isti münasibətdə olduğunu əks etdirən video bir çox suallara yol açıb.

Belə ki, Acunun video çəkdiyini görən asisent Bəyazla Hadisəni xəbərdar etmək üçün yavaşca öskürür.

Bu videodan sonra “Bəyazitlə Hadisə sevgilidirmi” deyə suallar yaranıb.