İtaliyanın “Yuventus” komandası İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Poqbanı heyətinə qatmaq istəyir.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb. Fransalı yarımmüdafiəçinin baş məşqçi Joze Maurinyo ilə münasibətləri gərgindir. İtaliyanlar qış transfer pəncərəsində Poqba üçün qarşı tərəfə 80 milyon avro təklif edəcək.

Xatırladaq ki, “Yuventus” 2016-cı ildə Poqbanı 105 milyona “qırmızı şeytanlara” satıb.

İtaliyanların bu transferin baş tutmayacağı təqdirdə “Real”dan İskonu almağa çalışacağı bildirilir