İrlandiya parlamenti hamiləliyin süni dayandırılmasının leqallaşdırılması haqqında qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, yeni sənəd qadınlara hamiləliyin 12-ci həftəsinə qədər bu proseduru yerinə yetirməyə icazə verəcək.

Ölkənin səhiyyə naziri Saymon Harris layihənin qəbul edilməsini tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, bu, qadınlar üçün səhiyyədə yeni era açır.