“Google” şirkəti 2018-ci ildə barələrində ən çox sorğu verilən idmançıların siyahısını açıqlayıb.

“Report” “Sovetski Sport”a istinadən xəbər verir ki, NBA-da mübarizə aparan “Klivlend Kavalyers” komandasının kanadalı basketbolçusu Tristan Tompson adı ən çox axtarılan şəxsdir. İkinci yerdə İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Aleksis Sançes qərarlaşıb.

Amerikalı dağ xizəkçisi Lindsi Vonn üçüncü, onun snoubordçu həmyerlisi Şon Uayt isə dördüncü pillədədir.

“Beşliy”i Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi Həbib Nurməhəmmədov qapayır. Dağıstanlı samboçu ümumilikdə Rusiyanın dünya üzrə “Google” sistemində ən çox axtarılan simasıdır.

Qeyd edək ki, Həbib Nurməhəmmədov bu ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində baş tutan döyüşdə Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub.