Fransanın ardınca İsraildə də aksiyalar başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “sarı jiletlilər” paytaxtı Tel-Əvivdə etiraza qalxıb.

Məlumata görə, qiymət artımına qarşı başlayan aksiyada yüzlərlə insan iştirak edir. Mitinqçilərdən 10-u ictimai asayişi pozduğuna və polisə hücum etdiyinə görə həbs edilib.

 

Qeyd edək ki, İsraildə gələn ildən istehlak mallarının qiyməti 2%-dən 4,5%-dək artacaq.