“Forbes” jurnalı 2018-ci ilin ən çox qazanan modellərinin siyahısını hazırlayıb.

“Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, ilk pilləni Kendall Cenner tutub. O, 2018-ci ildə 22,5 milyon dollar qazanıb. Siyahıda ikinci yeri Karli Kloss (13 milyon dollar), üçüncü yeri isə Kriss Teyqen (11,5 milyon dollar) tutub.

İlk onluqda olan digər modellər bunlardır:

4. Rozu Hantinqton-Uaytli  (11,5 milyon)

5. Jizel Byundhen (10 milyon)

6. Kara Delevin (10 milyon)

7. Cici Hadid (9,5 milyon)

8. Bella Hadidin (8,5 milyon)

9. Coan Smolls (8,5 milyon)

10. Dautsen Krez (8 milyon)