Hər il olduğu kimi bu ili də yekunlaşdırmağa doğru gedirik. Sıra yeni il tətilini planlamağa və yaxınlarımıza hədiyyə almağa gəlib çatır.

AzEuroNews.com yeni ildə unudulmaz anlar yaşamanız üçün sizə dünyanın ən gözəl şəhərlərini təqdim edir:

Nyu-York , ABŞ

Hər il milyonlarla insan yeni ili qarşılamaq üçün Nyu-Yorka – “Times Square” meydanına axın edir. Təbii ki, hər kəs kristal üçbucaq və işıqla bəzədilmiş “Yeni il top”unun eniş anını görmək istəyir.

New York Yılbaşı

Sidney, Avstraliya

Yeni ili ilk qarşılıyanlardan olmaq istəyirsinizsə Sidneyə getməyiniz məsləhət görülür. Avstraliyanın əyləncə və mədəniyyət paytaxtı təxminən bizdən 7 saat əvvəl 2019-u qarşılayacaq. Sidney Opera binası üzərindən atılan fişənglər isə gecəyə əsrarəngiz gözəllik qatacaq.

Yeni Yıl Sidney Yılbaşı Kutlamaları Havai Fişek

Berlin, Almanya

Avropanın ən böyük açıq hava konserti məhz bu şəhərdə- Branderbuq qapısında baş tutur. Bu konsertdə dünyaca məşhur müğənnilərin çıxışlarını görmək mümkündür.

Yeni Yılda Berlin Yılbaşı Kutlamaları

Madrid, İspaniya

Hər il minlərlə Madrid sakini “Puerto del Sol” meydanına toplaşaraq şans gətirdiyinə inandıqları üçün 12 dənə üzüm yeyirlər.

Madrid Yılbaşı

Rio de Janeiro, Brazilya

31 dekabrda gerçəkləşən məşhur Rio karnavalı, gecənin sonunda isə təşkil olunan atəşfəşanlıq hər il 2 milyona yaxın ziyarətçinin ölkəyə gəlməsinə səbəb olur.

Rio Yılbaşı Kutlamaları

Paris, Fransa

Romantik tətil və yeni il tətili dedikdə ağla gələn ilk şəhərlərdən biri də Parisdir. Eyfel qülləsində olan işıq göstəriləri, konsertlər, romantik abu-hava sayəsində siz 2019-u fərqli qarşılayacaqsınız.

Yeni Yıl Paris Yılbaşı

London, İngiltərə

Yeni ili Londanda qeyd etmək üçün ən yaxşı yer Temza çayının sahilidir. Burada təxminən 250.000-dən çox insan “London Eye”  ətrafına toplaşaraq nəfəs kəsici işıq şoularını izləyir. Londonlular yeni ilin ilk günündə isə Parlament binasına kimi yürüyüş təşkil edirlər.

Yeni Yılda Londra Yılbaşı Kutlamaları