Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

11 ay ərzində 207 Azərbaycan vətəndaşına müvəqqəti oturum icazəsi verilib

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının yeni statistikası məlum olub. Almaniyada fəaliyyət göstərən  “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 2018-ci ilin 11 ayında 2188 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu üçün müraciət edib. Onlardan 1682 nəfəri ilk dəfə, 506 nəfəri isə təkrar müraciət edənlərdir. 11 ay ərzində 207 Azərbaycan vətəndaşına müvəqqəti oturum icazəsi verilib. 1605 nəfər barəsində Dublin sazişinə görə başqa ölkəyə göndərilmə qərarı çıxarılıb və ya onlar könüllü Azərbaycana qayıdıblar.