Köln kafedralı / Foto © Fərahim İlqaroğlu
Köln kafedralı / Foto © Fərahim İlqaroğlu

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada kilsələrin üzvləri azalsa da, yığılan vergilər çoxalıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki,  ölkədəki katolik və protestant kilsələrinin üzvlərindən topladıqları “Kilsə vergisi”nin gəlirləri 12,6 milyard avro olub.

Almaniya İqtisad İnsitutunun araşdırmasına görə, hazırda Almaniyada kilsələrin 45 milyon üzvü var. Onlardan 23,5 milyon katolik kilsənin, 21,5 milyon isə, protestant kilsəsinin üzvləridir.

İndiyə kimi ən yüksək “Kilsə vergisi” 2004-cü ildə qeydə alınıb. Həmin il 51,6 milyon avro vergi olaraq pul toplanılıb.

Məlumat üçün qeyd edək ki, Almaniyada “Kilsə vergisi” dövlətin maliyyə idarələri tərəfindən toplanaraq kilsələrə verilir.