Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Bayram Mazan oğlu Zeynalov tutduğu vəzifədən azad olunub.

AzEuroNews.com – un “Unikal.org”a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Xəbəri Sumqayıt şəhər Polis İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Bayram Zeynalov “Hacı Mazan” kimi tanınan iş adamının oğludur.