İngiltərənin “Mançester Yunayted” klubu fransalı yarımmüdafiəçi Pol Poqbanı qış transfer pəncərəsində sata bilər.

Trend-in məlumatına görə, P.Poqbanı hazırda almaq istəyən əsas namizəd İtaliyanın “Yuventus” klubudur.

Bildirilir ki, “Yuventus” P.Poqbanı almaq üçün “Mançester Yunayted”ə Miralem Pyaniç və Aleks Sandronu təklif edə bilər.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında “Yuventus”dan “Mançester Yunayted”ə keçib.