Müğənni Serdar Ortaç və xanımı Xloe Louqnanın boşanacağı haqda iddialar yayılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni ötən gün kameraların hədəfinə tuş gəlib. O, yayılan iddialara belə cavab verib:
“Bir müddət əvvəl qəza keçirmişdi. Sağalıb gəlsin bu barədə danışacağıq. Həyatımızda yeniliklər etmək barədə düşünürəm. Mən evliliyin bitməsi tərəfdarı deyiləm. Kiminsə boşanmasını istəmərəm”.