Xəbər verdiyimiz kimi, İsveç parlamenti gələn ilin iyul ayından etibarəm ictimai yerlərin hamısında siqaret çəkilməsini qadağan edəcək. Beləliklə İsveçdə açıq havada, parklarda, stansiyalarda, idman zallarında, stadionlarda, mənzillərdə, restoranlarda və kafelərdə ayaqda və ya oturaq siqaret çəkilməsinə icazə verilməyəcək. 2025-ci ildən etibarən isə bu ölkədə tütün məhsullarının ümumiyyətlə satışını tamamilə aradan qaldırmağı planlaşdırır.

Lakin İsveç bu məsələdə ilk addım atan ölkə deyil. Məsələn, Butan karllığında 2004-cü ildən siqaretin satışı tamamilə qadağan olunub. Lakin xaricdən siqaretin idxalına hələlik qadağa yoxdur. Buna baxmayaraq, ölkəyə daxil olan hər bir siqaret qutusuna görə onu idxal edən şəxs qutunun dəyərinin 200 faizə qədər aksiz vergisi verir. Siqareti qaçaq yolla ölkəyə gətirməni isə ağır cəza gözləyir – 5 ilə qədərə həbs… Bu ölkədə ictimai yerdə siqaret çəkmək isə 175 avroluq cəriməyə başa gəlir.

Finlandiya da tamamilə siqaret çəkilməyən ölkəyə çevrilməyə çalışır. Bunun üçün ölkədə siqaretə qarşı bir sıra sərt qərarlar verilib. Məsələn, ictimai yerdə siqaret çəkən şəxsi 50-150 avro cəza gözləyir. Eyvanda da siqaret çəkmək qadağandır, çünki qonşular tütünün qoxusundan narahat ola bilərlər və sairə. Yetkinlik yaşa çatmayanlar isə siqaretlə yaxalanarlarsa, həbs oluna bilərlər. Onu da qeyd edək ki, hazırda Finlandiya əhalisinin 20 faizi siqret asılılığından əziyyət çəkir.

İrlandiyada isə ictimai yerdə siqaret çəkmək 3000 avrodur. Digər ölkələr kimi İrlandiyada da kafe və restoranlarda siqaret çəkənlər üçün yer ayrıdır. Əgər restoran sahibi bu cür ayrıca yer ayırmazsa, 10 000 dəyərində cərimə ilə cəzalandırılır.

ABŞ da siqaretə qarşı sərt qərar verən ölkələr siyahısına daxil olub. Belə ki, Nyu-Yorkda park və küçələrdən başqa məhşur Tayms meydanında da siqaretin çəkilməsi qəti qadağandır. Kaliforniyada isə bütün yerli çimərliklərdə siqaret çəkmək qanunla qadağan edilib.

İllinoyda isə əgər avtomobilin içində 8 yaşından aşağı olan uşaq ola-ola siz siqaret çəkilərsə həmin şəxsi 1 ilə qədər həbs cəzası gözləyir. Həmçinin əgər restoranda müştərilərdən kimsə siqaret çəkərsə, bu zaman restroan sahibini də cəza gözləyir. Cəza isə 2500 dollarlıq cərimədir.


Musavat.com