Simvol foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Simvol foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  2018-ci il başlayandan indiyə kimi Almaniyada 166 min nəfərin sığınacaq ərizəsinə baxılıb. AzEuroNews.com xəbər verir ki, bu 2013-cü ildəki kimi qeydə alınan ən az sığınacaq ərizəsidir. Belə ki, o vaxt cəmi 127023 nəfərin sığınacaq ərizəsinə baxılıb.  Mütəxəssislərin hesablamalarına görə, gələn il bu rəqəm 180 minlə, 220 min arasında dəyişə bilər. 

  • Əldə etdiyimiz bir başqa məlumata görə, bu il Almaniyada 30 min qaçqın uşağı doğulub. Onların Almaniyada yaşamaq üçün müraciətləri qeydə alınıb.
  • Bu il 38500 qaçqın yaxını “Ailə birləşməsi” proseduru üçün müraciət edib və onlara Almaniyanın vizası verilib.
  •   Federal dövlət 4600 qaçqına humanitar əsaslarla “Qaçqın statusu” verərək onların bir illik Almaniyada qalmalarına icazə verib.
  •   26500 qaçqın Almaniyada çıxarılıb. Onların bəzilərinin haqqında deportasiya, bəzilərində isə, Dublin anlaşmasına görə, viza aldıqları ölkəyə qaytarılmalı olduqları barədə qərar olub.
  • 18500 qaçqın isə, könüllü olaraq öz ölkəsinə qayıdıb. Onların çoxu Almaniyanın təqdim etdiyi könüllü qayıdış proqramlarından yararlanıblar.

Məlumat üçün qeyd edək ki, keçən il Almaniyada 198317 sığınacaq axtaranın ərizəsinə baxılıb. 114 min qaçqın yaxını isə, “Ailə birləşməsi” proseduru üçün müraciət edib.