Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com    Almaniyada daha bir qaçqın kampı bağlanır. AzEuroNews.com xəbər verir ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Sankt Auqustin şəhərində yerləşən və Azərbaycan vətəndaşlarının da qaldığı qaçqın kampının bağlanması ilə bağlı qərar verilib.

Bu barədə məlumatı saytımıza həmin qaçqın kampında qalan azərbaycanlılar veriblər. Onların sözlərinə görə, kamp bağlanacağı üçün onlar Bonn, Hamm, Neuss, Kurpen, Münster kimi şəhərlərə transfer olunacaqlar. Artıq kampda transfer olunacaqların siyahısı vurulub.

Məumat üçün qeyd edək ki, son illər Almaniyadan sığınacaq istəyənlərin əvvəlki illərə nisbətən azalması ölkədəki qaçqın kamplarının bağlanması ilə nəticələnib.