Böyük Britaniyanın Leyborist Partiyasının lideri Ceremi Korbin parlamentdə baş nazir Tereza Meyə qarşı etimadsızlıq rəyi haqqında məsələ üzrə səsvermənin keçirilməsi barədə təşəbbüs irəli sürüb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, Korbin təklifinin Meyin “Brexit” üzrə səsvermənin vaxtını dəyişdirməsi ilə əlaqədar olduğunu bildirib.

O, deputatların ölkə üçün vacib bir məsələdən ötrü təqribən bir aya yaxın gözləməli olduqlarını qəbuledilməz fakt adlandırıb.

Bundan əvvəl Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı (“Brexit”) etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.