Nyu-Yorkda 2019-cu ildə marixuanadan istifadəyə icazə verilə bilər.

Oxu.Az xəbər verir ki, bu haqda Nyu-York ştatının qubernatoru Endrü Kuomo “Twitter” səhifəsində açıqlama verib.

Onun sözlərinə görə, rekreasion marixuananın dekriminilaziyası 2019-cu ildə qəbul olunması planlaşdırılan qanun layihələrinə daxildir.

Qeyd edək ki, ABŞ-da marixuana artıq doqquz ştatda (Vaşinqton, Oreqon, Nevada, Kaliforniya, Kolorado, Vermont, Men və Massaçusets) və paytaxt Vaşinqtonda leqallaşdırılıb.

30 ştatda isə marixuanadan tibbi məqsədlə, o cümlədən qlaukomanın müalicəsi üçün istifadəsinə icazə verilir.