Bakıda yağıntılı hava şəraiti ilə bağlı Heydər Əliyev prospekti – Hava Limanı yolunda sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti – Hava Limanı – Bilgəh və Zığ şosesi – Hava Limanı avtomobil magistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmək tövsiyə edilir.