Məhəmməd Əl Həkim
Məhəmməd Əl Həkim

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   İraqın xarici işlər naziri Məhəmməd Əl Həkim Almaniyada olan iraqlı qaçqınlara çağrış edib. AzEuroNews.com xəbər verir ki, o bunu alman həmkarı Heiko Maas ilə Bağdadda görüşü zamanı deyib. Nazir iraqdakı təhlükəsizlik vəziyyətini “əla” və “sabit” olaraq xarakterizə edib: “İraq təhlükəsiz bir ölkədir və biz vətəndaşlarımıza könüllü olaraq ölkəmizə qayıtmaq çağırışını edirik”.

Alman nazir Maas bildirib ki, İraqdan qaçaraq Almaniyaya sığınan 245 min şəxs qeydiyyatdan keçib. İraqdan Almaniyaya ən çox axın 2014-cü ildə olub.

İraqın xarici işlər naziri vurğulayıb ki, artıq 4 milyon qaçqın  vaxtı ilə İŞİD tərəfindən işğal olunmuş ərizlər  azad edildikdən və orada təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra geri qayıdıb.

İraqlı nazir xüsusilə paytaxt Bağdadda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğuna diqqət çəkərək iraqlı qaçqınların geri dönməsi üçün heç bir problemin olmadığını bildirib.