Bu il ərzində miqrasiya zamanı yolda 4 476 mühacir və qaçqın ölüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Bildirilib ki, əvvəlki 4 ildə olduğu kimi, bu il də mühacirlərin çoxu – 2 217 nəfəri Aralıq dənizində ölüb.

Məlumata əsasən, hər il dünyanın müxtəlif yerlərində yüz minlərlə insan öz ölkəsini ağır iqtisadi şərait, təbii fəlakət, siyasi təqib, zorakılıq və münaqişələr səbəbindən tərk edir.

Hazırda Suriya vətəndaşları deyil, Cənubi və Mərkəzi Amerika ölkələrinin vətəndaşları, Yəmən sakinləri də öz vətənlərindən qaçırlar.

Təşkilat bildirib ki, cari ilin əvvəlindən Avropaya qanunsuz yolla 135 607 nəfər mühacirət edib. Onların 111 237 nəfəri dəniz, 24 370 nəfəri isə quru yolla gedib.

Suriya, Tunis, Eritreya, Pakistan, İraq, Konqo, Əfqanıstan, Mərakeş və Mali vətəndaşları, əsasən, İspaniya, Yunanıstan və Bolqarıstana üz tutur, orada qalmaq uğrunda mübarizə aparırlar.