Nüfuzlu “Forbes” jurnalı 2018-ci ildə ən zəngin amerikalı məşhurların adlarını açıqlayıb.

“Report” xəbər verir ki, siyahıya rejissor Corc Lukas başçılıq edir. Onun sərvəti 5,4 mlrd. dollar dəyərində qiymətləndirilir.

Siyahıda ikinci yeri sərvəti 3,7 mlrd. dollar dəyərində qiymətləndirilən rejissor Stiven Spilberq qərarlaşıb.

Liderlər üçlüyünü teleaparıcı Opra Uinfri qapayıb. Onun var-dövləti 2,8 mlrd. dollar dəyərindədir.

Bundan əvvəl “Forbes” 2018-ci ilin ən çox qazanan yazıçılarının reytinqini açıqlayıb.