Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android əməliyyat sistemi ilə işləyən qadjetlərin işinə müdaxilə edən yeni virus aşkarlayıb.

Oxu.Az “Daily Mirror”a istinadən xəbər verir ki, yeni virus “Andr/Clickr-AD” adını daşıyır.

Google Play onlayn tətbiq mağazasında artıq bu virusa yoluxmuş proqramlara rast gəlmək mümkündür.

“Daily Mirror”un yazdığına görə virus telefon və ya qadjet istifadəçisinin razılığı olmadan müxtəlif reklamlara keçidləri işə salır.

Artıq “Google Play”də olan 20 proqramın bu virusa yoluxduğu dəqiq məlumdur. Maraqlıdır ki, yoluxmuş proqramları təxmini hesablamalaraqgörə, İKİ milyona yaxın istifadəçi endirib. Sonradan bu proqramlar onlayn mağazadan kənarlaşdırılıb.

Mütəxəssislər  Android smartfon və tabletləri olan istifadəçilərə mobil cihazlarını “zavod kökləmələrinə” qaytarmağı və anti-virus proqramı quraşdırmağı tövsiyə edib.