Ordu və əskər deyəndə ağlımıza güclü, cəsur əskərlər və ordu birləşmələri gəlir. Amma elə ordular var ki, orada qeyri adi məşqlər keçirilir.

“Ölkə.Az” bu gün oxucularına dünyanın ən qəribə və inanılmaz ordularını təqdim edir.

1.İsrailin qadın ordusu

Qadınların 21 ay məcburi hərbi xidmət keçdiyi İsraildə qadın əskərlər toqquşmalarda iştirak etməmək şərti ilə savaş bölgələrində xidmət keçir, kişilərlə eyni qərargahda təlim keçir, eyni şərtlərdə yaşayır, eyni növbəni tuturlar.

Bir çox əskər qadın isə modelə bənzəyir. Gözəlliklərini sosial şəbəkədə paylaşmaqdan çəkinməyən israilli qadın hərbçilər sosial şəbəkələrdə çox populyardırlar.


2.Tayvan

Tayvanda əskərlər çox çətin təlimlərdən keçirlər. Sərt və sivri daşların üzəri ilə əllərindən istifadə etmədən, çılpaq bədənlə sürünmək bu təlimlərdən biridir. Orduya qatılmaq üçün 9 həftəlik çətin bir təlim prosesindən keçən əskərlər bu prosesin sonunda hər bir insanın cəsarət edə bilməyəcəyi bir imtahanı da vermək məcburiyyətindədirlər. 15 metr uzunluğu olan sərt və sivri qaya parçaları döşənmiş yolda əllərindən istifadə etmədən sürünmək məcburiyyətində qalan əskərlər üçün bu çox çətin sınaqdır.


3.Kabus ordu

Dünyanın ən qəribə ordusu Kabus ordusudur. Amerika ordusunun bir parçası olan Kabus Ordusu 2-ci dünya müharibəsində yaradılıb. Alman ordusunu aktiv şəkildə yanıltmaq üçün istifadə edilən bu məxfi hərbi birlik uzun illər gizli saxlanılıb. 2000-ci illərin əvvəlində isə “Ghost Army” adı ilə tanınmağa başlanılıb. 1100 nəfərdən ibarət qeyri-adi orduda heç bir əskər olmayıb. Rəssam, memar, aktyor və səs texniklərinə qədər bir çox bacarıqlı və yaradıcı insandan ibarət ordu müharibədə qələbə qazanmaqda çox təsirli olub.

Amerika Fransaya girdikdən sonra müharibənin sonuna qədər keçən zaman ərzində Kabus Ordusu alman birləşmələrini aldatmaq üçün saxta tank, səs maşınları, saxta radio əlaqələri, sənədlər istehsal edib. Eyni zamanda mülki əhalinin arasına qarışıb amerikan generallarını təqlid edərək onları izləyən alman agentlərinin qulağına çatması üçün səhv məlumatlar veriblər.


4.San Marino Ordusu
Dünyanın ən kiçik ordusunun hansı ölkəyə məxsus olduğunu bilirdiz? İtaliya sərhədləri daxilində olan San Marino dövləti dünyanın ən kiçik ordusunun sahibidir. Məcburi hərbi xidmət olmadığı üçün 80 nəfər könüllü əskərdən ibarət San Marino ordusunun əsas vəzifələri sərhədlərdə patrul xidməti, tədbirlər, hökumət binalarının mühafizəsi, ağır cinayətkarların polisə təslim edilməsinə kömək etmək və ölkəni müdafiə etməkdir. Bu ordu ilə yanaşı San Marinoda 700 işçisi olan polis idarəsi də var.


5.Afrika ordusu

Afrika ordusunda əskərlər hərbi yürüş əvəzinə öz yerli mahnılarını oxuyub rəqs edərək təlim keçirlər. Yerli rəqs elementləri və qəbilə rəqslərini ordu ilə birləşdirən afrikalı əskərlər olduqca qeyri-adi görüntülərə səbəb olurlar. Bundan başqa təlimlərdə silahdan atəş açmaq əvəzinə öz ağızları ilə güllə səsi və partlayış səsi çıxarırlar. Bunun səbəbi isə orduda kifayət qədər hərbi sursatın olmamasıdır.