Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyanın Şimali Reyn Vestfaliya Əyalətində hələ də bir çox peşə üzrə işçi tapılmır. AzEuroNews.com xəbər verir ki, buna baxmayaraq hazırda Almaniyada boş qalan iş yerlərini doldurmaq üçün bir çox layihələr həyata keçirilir. Onların çoxu ölkədəki qaçqın və miqrantları həmin boş iş yerlərinə hazırlamaq üçün həyata keçirilir.

Hazırda KVB (Kölner Verkehrs-Betriebe) adlı şirkət belə bir layihələrdən birinə dəstək verir. Şirət öz hesabına 15 qaçqın və miqrantı avtobus sürücüsü kimi hazırlayır.

Mövzu ilə bağlı açıqlama verən federal dövlətin inteqrasiya katibəsi Serap Güler bildirib ki, bu vəziyyət ikili qazancdır: “Biz insanlara öz ayaqları üzərində durmasına kömək edirik. Həmin insanlar belə işlərə olduqca maraq göstərirlər. Eyni zamanda onların alman cəmiyyətinə inteqrasiyası sürətlənir”.

Məumat üçün qeyd edək ki, hazırda Almaniyada 400 mindən çox qaçqın işlə təmin edilib.