Donald Trampın iqlim dəyişikliyi barədə şərhləri yeni kəşf edilmiş amfibiyaya onun adının verilməsinə səbəb olub.

Oxu.Az-ın “The Guardian”a istinadən məlumatına görə, Panamada kəşf edilən bu canlıya “Dermophis donaldtrumpi” adının verilməsi üçün tikinti materialları şirkəti olan “EnviroBuild”in rəhbəri 25 min dollar ödəməli olub.

“EnviroBuild”də çalışan Aydan Bell bildirib ki, kiçik, ayaqları olmayan bu varlığın başını quma salaraq gizlətməsi Trampın qlobal istiləşməyə yanaşmasına bənzəyir.