İordaniya hərbçiləri bu gün Suriya sərhədindən ölkəyə keçməyə çalışan bir qrup terrorçunun qarşısını alıb.

TASS agentliyi xəbər verir ki, silahlı toqquşma Suriyanın Deraa şəhərinin cənub-qərbində yerləşən Tel-Şehab rayonunda baş verib.

Ehtimal olunur ki, sərhədi keçməyə cəhd edən yaraqlılar “Cəbhət Fəth əş-Şam” (keçmiş Ən-Nüsrə Cəbhəsi – red.) təşkilatının üzvləridir.