Artıq bir neçə gündür davam edən “Maşın” realiti-şousunda yer alanlar arasında “Eurovision” təmsilçilərimiz Səmra Rəhimli və Dilarə Kazımova da yer alıb.

Axşam.az-ın məlumatına görə, oyun başlayandan sakit olan, heç kimlə mübahisə etməyən müğənnilər geyimləri ilə hər gün səs-küy yaradırlar.

Səmra və Dilarənin şouda geyindiyi sinə dekolteli paltarlar müzakirə obyektinə çevrilib. Onların geyimləri hər gün sosial şəbəkədə paylaşılır və tənqid edilir. Hər iki ifaçı sanki bir-biri ilə yarışa girib.