Azərbaycan “Forbes” jurnalı tərəfindən tərtib edilmiş biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində (“Best Countries for Business”) 161 ölkə arasında 70-ci yeri tutub.

Trend-in məlumatına görə, reytinqə Böyük Britaniya başçılıq edir. Onun ardınca İsveç, Honkonq, Niderland, Yeni Zelandiya, Kanada, Danimarka, Sinqapur, Avstraliya və İsveçrə qərarlaşıblar.

MDB ölkələrinə gəlincə isə Gürcüstan 44-cü, Rusiya – 55-ci, Qazaxıstan 87-ci, Belarus – 88-ci, Özbəkistan 105-ci, Tacikistan – 124-cü, Qırğızıstan isə 108-ci yeri turur.