“ESA”nın “Mars Express” kosmik aparatı Qırmızı Planetin orbitində keçirdiyi 15-ci il ilə əlaqədar olaraq yeni fotolar əldə edib.

“Ölkə.Az” xəbər verir ki, aparat donmuş su ilə dolu Korolev kraterinin fotoları ilə 15-ci ilini qeyd edib.

“Mars Express” 15 ildir ki, orbitində dövr etdiyi planetdən əldə etdiyi foto və elmi məlumatları Yerə göndərir.

Aparat 2003-cü ilin 25 iyun tarixində Baykonur bazasından kosmosa göndərilib. 25 dekabrda isə Marsa çatıb. Alimlər bu kosmik aparatın Marsın əsas tapmacası olan su hövzələrinin niyə yoxa çıxdığını araşdıracağına inanırlar.

Planetdə bəzi qütblərdə buzlar və yeraltı buz mənbələri formasında çox az miqdarda su tapılıb.

Ən böyük su hövzəsi isə 82 km diametri olan Korolev kraterindədir. Krater təxminən 4 milyard il əvvəl yaranıb.

“ESA”nın “Mars Express” kosmik aparatı Qırmızı Planetin orbitində keçirdiyi 15-ci il ilə əlaqədar olaraq yeni fotolar əldə edib.