Azərbaycan Prezidenti İlham Əliyev  Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, İslamov Gülağa Bayram oğlu 1948-ci ilin dekabrın 19-da Bakı şəhərində anadan olub. Poltava Kooperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirib. Ailəlidir.

1995-ci ilin yanvarın 25-dən bu günə kimi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi…