Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyanın “Spiegel” jurnalı son 7 il ərzində mütəmadi olaraq məqalələrin bir hissəsini uyduran reportyorla əməkdaşlıq edib. AzEuroNews.com xəbər verir ki, jurnalın əməkdaşlıq etdiyi jurnalist Klaas Relotsius etiraf edib ki, uzun müddət ərzində məlumatların saxtalaşdırılması ilə məşğul olaraq hadisələr uydurub və faktları təhrif etməkdən çəkinməyib.

Məsələ ilə bağlı şübhələr Klaasla birgə “Ovçunun sərhədi” adlı materialın üzərində işləyən jurnalist Xuan Morenoda yaranıb. Həmin məqalədə isə söhbət Meksika və ABŞ sərhədinin patrulundan gedir.

Jurnalist etiraf edib ki, məlumatı qəsdən təhrif edib və o qeyd edib ki, 14 məqalə etibarlı deyil. Məsələn, Suriyadan hazırladığı “Ein Kinderspiel” (Bir uşaq oyunu) reportajında suriyalı 13 yaşlı bir uşağın həyat hekayəsini yazıb. Məlum olub ki, o heç Suriyaya getməyib, məlumatları “Whatsapp” vasitəsi ilə alıb.

Klaas 2011-ci ildən indiyədək “Spiegel” üçün 55 məqalə yazıb. Maraqlıdır ki, Klaas daim premiya da alıb, CNN-in versiyasına əsasən, ilin jurnalisti də olub. Hətta dekabr ayının əvvəlində o, Almaniyanın “ilin ən yaxşı reportajı” premiyasını da alıb.

Məsələyə bir çox media mütəxəssisi və siyasətçi şərh verib. Alman Jurnalistlər Vəqfinin başqanı Frank Überall məsələni şərh edərəkən bildirib ki, bu Hitlerin jurnallırdan bəri jurnalistikada ən böyük fırıldaqçılıq skandalı olacaq.