İlk uçuş, 2 mart 1969
İlk uçuş, 2 mart 1969

AzEuroNews.com   Bir zamanlar göylərdə saatda 2170 km ilə uçan bir təyyarə var idi, səsdən sürətli…AzEuroNews.com xəbər verir ki, İngiltərə və Fransanın dəstəyi ilə hazırlanan “Konkord” ilk uçuşunu 1969-cu ildə gerçəkləşdirdi. İnsanların xəyalı olan təyyarə 100-dən çox sifariş aldı ancaq 1973-cü ildə baş verən neft böhranı ilə bağlı sadəcə 20 ədəd istehsal edildi. Onlardan altısı sadəcə test üçün istifadə edildi.

Sadəcə “British Airways” və “Air France” tərəfindən istifadə edilən “Konkord” 1976-cı ildə ilk ticari uçuşunu həyata keçirdi.

“Konkord” ların 50%-i aliminumdan hazırlanmışdı. Maksimum 120 sərnişin ilə satta 2170 km/s sürətlə 18.300 metr hündürlükdə uça bilən “Konkord”, Paris – Nyu York arasını 3.5 saata qət edə bilirdi. Sərnişinlərin böyük əksəriyyətini varlı və məşhurlar təşkil edirdi, çünki “Konkord” ilə New York-Paris səfəri, təkcə gediş bileti 12 min dollar təşkil edirdi.

1 ədəd “Konkord”’un qiyməti  42 milyon dollar idi. Layihənin inkişaf mərhələsində sifariş verən hava yolu şirkəti sayının daha çox olmasına baxmayaraq, 1970-ci illərin iqtisadi şərtlərinə görə bu sifarişlər bir-bir ləğv edildi.

(Air Canada, Air India, American Airlines, Braniff, CAAC, Continental Airlines, Iran Air, Japan Airlines, Lufthansa, Middle East Airlines, Olympic Airways, Pan Am, Panair do Brasil, Qantas, Singapore Airlines, TWA və United Airlines, ilk mərhələdə sifariş verib sonradan ləğv edən şirkətlərdir.) Bir mühəndislik, texnologiya və aviasiya möcüzəsi olaraq qəbul edilən “Konkord” ticari baxımdan tam mənasıyla böyük bir ziyan içərisində idi.

Concorde taken from the cat walk at the Steven F. Udvar – Hazy Center Smithsonian Institution. Smithsonian Photographic Services NASM Udvar-Hazy Center Photo By Dane Penland.

Son “Konkord” 1979-cu ildə istehsal olunmuş və “British Airways” hava yollarında istifadəyə verilmişdi. Təyyarə son uçuşunu 2003-cü il 26 noyabr tarixində həyata keçirdi və bir daha havalanmadı. Bunun səbəbi isə Konkord’un 2000-ci ildə keçirdiyi qəza idi.

25 iyul 2000-ci ildə baş verən ”Air France” qəzası, ”Konkord” tarixində yeganə qəza olmaqla yanaşı dünya daxilində də böyük sensasiyaya səbəb olmuş və ”Konkord”ların istifadədən qaldırılmasına səbəb olmuşdu. Qəza günü ”Konkord”un qarşısından qalxan ”McDonnell Douglas Dc 10-30” tipli sərnişin təyyarəsindən qopan bir hissə Konkord sürətlənib qalxarkən sol arxa təkərinə ilişmiş və təkəri parçalamışdı. Parçalanmış təkər təyyarənin yanacaq bakına dəyərək ani alovun yaranmasına səbəb olmuşdu. Təyyarə qalxışdan 1.5 dəqiqə sonra bir otelə çırpılır. Hadisə zamanı təyyarədə olan 113 nəfərdən sağ çıxan olmamışdı. Eyni zamanda təyyarənin çırpıldığı oteldə də bir çox insan həlak olmuşdu.

Parisdəki bu qəzadan sonra ”Konkord” təhlükəsizlik tədbirləri səbəbiylə istifadə edilməmiş, son uçuşunu isə 2003-cü ildə reallaşdırmışdı. Qəzaya səbəb olan ”McDonnell Douglas Dc 10-30” təyyarəsinin məxsus olduğu ”Continental Airlines” qəzadan sonra 200.000 avro dəyərində cərimə olundu. Qəzadan sonra ”Air France” qəzada ölən sərnişinlərin yaxınlarına ümumilikdə 100 milyon avro dəyərində təzminat ödədi.

İngiltərə Hava Yolları tərəfindən hazırlanan ”Supersonic 27” adlı qısa filmdə təyyarənin bəzi önəmli görüntülərini görmək mümkündür.