“Hind kinosu” devizi ilə yayımlanan “Maşın” şounu daha bir iştirakçı tərk edib. Modern.az xəbər verir ki, bu dəfə  mübarizəyə Vayner Mənsur Şərif çıxıb.

Hədəfinin aparıcı Sərxan Kərəmoğlu olduğunu açıqlayan və iştirakçıların dəstək olduğu vayner 48.12 faiz səs toplayaraq oyunu tərk edib.

Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva, aparıcı Sərxan Kərəmoğlu, bloqqer Taleh Yüzbəyov davam etdirir.