Lamiyə Məmmədova / AzEuroNews.com / Paris   Avropanın ən böyük məscidi Fransanın Strasburq şəhərində tikilir. AzEuroNews.com xəbər verir ki, Strasburq Əyyub Sultan Camesinin tikintisinin 3,5 ilə tamamlanması gözlənilir. 3500 nəfərin eyni anda namaz qıla biləcəyi 14500 kvadrat metr sahəyə malik məscid Avropanın ən böyük məscidi olacaq. Məscid Strasburqdakı Avropa Parlamentinin yaxınlığında inşa edilir. Məscidin tikinti layihəsi Almaniyanın Köln şəhərində yerləşən İslam Toplumlu Milli Görüş (İGMG) tərəfindən həyata keçirilir. 

Məlumat üçün qeyd edək ki, hazırda Avropanın ən böyük məscidi Almaniyanın Köln şəhərində yerləşən Köln Mərkəz Camesidir.