“Maşın” şounun ötən gün yayımlanan bölümündə aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Səmra Rəhimli arasında qalmaqal yaşanıb.
Səsverməyə çıxan Mənsur Şərifin ünvanına Kərəmoğlu sərt sözlər deyib:
“Burada olmağın sənin üçün gözəl bir şansdır. Burada elə bir rola girmisən ki… Get teatrda aktyor kimi çalış”.
Səmra nın Mənsuru müdafiə etməsi və “Mənsur hansısa bir video ilə çıxıb məşhur olmayıb, aktyorluq təhsilini alıb. Bunu nəzərə alaq” sözləri Kərəmoğlunu özündən çıxarıb.
O, Səmraya “Sən niyə onu müdafiə edirsən? Açılsın mənim gül ağzım? Səmra, Mənsurun özünü müdafiə etməyə gücü var, sənə ehtiyacı yoxdur. Sus otur orda, ya da ayaqüstə dur” sözlərini söyləyib.
Səmra isə ona əsəbiləşərək “Açılsa nə olacaq ki? Mənə çox maraqlıdır, açılsın gül ağzın” cavabını verib.
Bu gün isə “Maşın” şounun İnstaqram səhifəsində canlı yayımda Səmra ilə Sərxanın səmimi münasibəti diqqət çəkib. Belə ki, oyunun iştirakçıları əylənən zaman İnstaqramda canlı yayım qoşulub. Səmra və Sərxan masa üzərinə çıxaraq, atlanıblar. Yerə uzanan Səmranın üstünə Sərxan uzanıb. Daha sonra ətrafdakılar ötən gün Səmranın müdafiə etdiyi Mənsuru xatırladıblar. Həmin an iştirakçılar onu ələ salıb gülməyə başlayıblar.
Axşam.az