Foto © Polizei NRW Bonn
Foto © Polizei NRW Bonn

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyada bu ilin yanvarından noyabrına kimi illeqal yolla bu ölkəyə keçmək istəyən 38500 miqrant və qaçqın saxlanılıb. AzEuroNews.com xəbər verir ki, alman polisi tərəfindən sərhəddəki yoxlamalar zamanı ölkəyə qanunsuz olaraq keçmək istəyən qaçqın və miqrantlar saxlanılaraq barələrində müvafiq ölçü götürülüb.

  • Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, onlardan təxminən 25 min nəfər sığınacaq üçün Almaniyaya müraciət edib.
  •   Sərhəddə saxlanılan miqrantlardan 3819 nəfərin şəxsiyyətlərini təsdiq edən sənədlərin saxta olduğu məlum olub.
  • 1356 miqrantın Yunanıstandan Almaniyaya təyyarə vasitəsi ilə səyahətinin qarşısı alınıb.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) verilən məlumata görə,  yanvar-noyabr aylarında 166 min nəfər Almaniyaya gələrək sığınacaq üçün müraciət edib.

Federal Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, son bir neçə ildə 1050 Almaniya vətəndaşı İŞİD terror təşkilatı sıralarında döyüşmək üçün İraq və Suriyaya gedib. Terrorçulardan 200-ü öldürülüb. Onlardan 40-ı təkcə bu il öldürülüb.