İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristianu Ronaldunun vergidən yayınması işi üzrə məhkəmə iclası yanvarın 21-də İspaniyada keçiriləcək.
Ronaldunun günahını etiraf edəcəyi təqdirdə 2 il şərti cəza alacağı və 19 milyon avro cərimə ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Ronaldu 2011-ci ildən 2014-cü ilədək 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edilib.
Axar.az