Simvol foto © Ashim D’Silva / unsplash.com
Simvol foto © Ashim D’Silva / unsplash.com

Fərhad Çağtürk / AzEuroNews.com   Almaniyada 230 min qaçqın deportasiya edilməlidir. AzEuroNews.com xəbər verir ki, hazıda onlardan 178 mini barədə humanitar səbəblərlə deportasiya qərarı həyata keçirilə bilmir.

Almaniya Federal Daxili İşlər Nazirliyinin həyata keçirdiyi könüllü qayıdış proqramları isə, gözlənilən nəticəni verməyib. Nazirliyin təbliğatı qaçqınları könüllü qayıdış proqramlarından yararlanmağa yetərincə təşviq edə bilməyib.

Nazirlikdən verilən açıqlamaya görə, bu ilin son 10 ayında könüllü qayıdış proqramlarından cəmi 14 min nəfər yararlana bilib.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Almaniya 20122 qaçqını ölkədən deportasiya edib.