“Dünən “Maşın şou”da qonaq idim. Murad Dadaşova ad günü münasibətilə hədiyyə alıb aparmışdım. Bəlkə də son qəpiyimə qədər xərcləmişdim”.Modern.az xəbər verir ki, ifaçı Mina Hüseyn bu sözləri sosial şəbəkədə yazıb.

“Murad Dadaşov şəxsən özü aldığım hədiyyəni geri qaytardı. Üstəlik, efir zamanı bir dəfə də olsun adımı çəkmədi. Sağ olsunlar, bəlkə onlar özlərini belə hərəkətlərlə dəyərli hesab edirlər, bilmirəm. SMS və “Maşın”ın öz qaydaları var. Mən o qaydalardan birindən istifadə etmişəm. İnsanlar mənə dəstək olublar. Mən yarışmanı məğlub olaraq tərk etmədim.

Maşın tarixində əsas odur, öz simamı itirmədim. Dünya malı dünyada qalır. Allah hər kəsə ürəyinə görə versin. Murad Dadaşov, hörmətli olasınız. Təşəkkürlər”,- deyə Mina Hüseyn qeyd edib.